Əsir düşən erməni snayper qadın Livana təhvil verilib

A- A A+

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı birləşmələri tərkibində döyüşən və Azərbaycana əsir düşən erməni əsilli muzdlu snayper qadın, Livan vətəndaşı Maral Nacaryan ölkəsinə qaytarılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə snayper qadın Beyrutdakı evinə göndərilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Əliyeva jurnalistlərə açıqlamasında faktı təsdiqləyib.

Qurum rəsmisi bildirib ki, komitə münaqişə nəticəsində saxlanılan bir nəfərin öz ölkəsinə - Livana qayıtmasına yardımçı olub. Həmçinin komitə əməkdaşları həmin şəxsə Azərbaycanda saxlanıldığı vaxtlarda baş çəkib və onun ailəsi ilə əlaqə saxlamaq üçün şərait yaradıb.

Xatırladaq ki, erməni əsilli Livan vətəndaşı M.Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonunun işğaldan azad edilməsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: