Türkiyə hökuməti məhkəmənin erməni terrorçunun azad olunması ilə bağlı ədalətsiz qərarını kəskin şəkildə pisləyib

A- A A+

ABŞ-ın Los-Anceles dairə ali məhkəməsinin Türkiyənin şəhid baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın həbsdən azad edilməsi barədə qərarı və Kaliforniya qubernatoru Gevin Nyusomun bu qərardan apelyasiya şikayəti verməyəcəyi barədə açıqlamasını kəskin şəkildə qınayırıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında yer alıb.

Bildirilir ki, ABŞ rəhbərliyinin əks mövqeyinə baxmayaraq, dəyişdirilməyən bu qərar hüququn əsas prinsipləri və ədalət anlayışı ilə uzlaşmır.

Erməni terror təşkilatlarının hücumları nəticəsində Türkiyənin 31-i diplomat olmaqla, 58 vətəndaşı şəhid olub. Nifrət hissinin yüksəldiyi və həmrəyliyə daha çox ehtiyacın olduğu bir dövrdə siyasi məqsədlərlə bir qatilin azadlığa buraxılması terrorizmlə mübarizədə əməkdaşlıq ruhuna zərər verməkdədir.

Vurğulanır ki, terrorçu Sasunyanın alçaqcasına həyata keçirdiyi və ötən 38 illik məhkumluq həyatında heç bir peşmançılıq keçirməməsi bu cinayətin xəstə təfəkkürün yaratdığı bir ideologiyanın “məhsulu” kimi unudulmayacaq. Şəhid diplomat Kamal Arıkan və erməni terrorizmi nəticəsində həyatını itirən bütün vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: