Rusiya XİN: Azərbaycan Silahlı Qüvvələrinin təlimləri regionda sabitlik və təhlükəsizlik üçün risk yaratmır

A- A A+

Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat-taktiki təlimləri regionda sabitlik və təhlükəsizlik üçün risk yaratmır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada brifinqdə söyləyib. O deyib: “Adətən hərbi təlimlər Cənubi Qafqazın bütün dövlətləri tərəfindən aparılır, bu, müntəzəm əsasda keçirilir, müvafiq məlumatlar maraqlı tərəflərə əvvəlcədən çatdırılır. Bizdə olan məlumata görə, adıçəkilən təlimlər, artıq vurğuladığım kimi, planlı xarakter daşıyır, ordunun döyüş hazırlığının təkmilləşdirilməsinə istiqamətlənib, regionda sabitlik və təhlükəsizlik üçün risk yaratmır”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana müvafiq olaraq, martın 15-dən başlayaraq, Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edildiyi əməliyyat-taktiki təlimlər keçiriləcək.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemləri və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: