Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.