Ermənistan ordusunun Bərdə-Ağdam dəmir yolu xəttinin ərazisinə basdırdığı minalar zərərsizləşdirilir - FOTOLAR

A- A A+

Hazırda biz Ağdamın Baş Qərvənd kəndində minatəmizləmə əməliyyatının aparıldığı ərazidəyik. Bu ərazi Bərdə-Ağdam dəmir yolunun sahəsinə aiddir, uzunluğu 25 kilometr, eni isə 40 metrdir. Mina Təmizləmə Agentliyi tərəfindən 1 aydan çoxdur ki, burada düşmənin basdırdığı minaların təmizlənməsi əməliyyatlarına başlanılıb. Bu günədək 37 min 400 kvdartmetr ərazi yoxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad edilmiş Ağdam rayonuna səfəri zamanı Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin nümayəndəsi İdris İsmayılov jurnalistlərə açıqlamasında bildirib.

O deyib: “Əməliyyat-axtarış tədbirləri zamanı ermənilər tərəfindən basdırılan tank əleyhinə 35 mina, piyada əleyhinə 41 mina, 2 ədəd partlamamış sursat aşkarlanaraq götürülüb. Hazırda əməliyyat-axtarış tədbirlərimiz davam edir. Bu yerlər partlamamış hərbi sursatlar və minalarla çirklənmiş ərazidir. Bu gün aparılan əməliyyat zamanı piyada əleyhinə 3, tank əleyhinə isə 1 mina aşkarlanıb. Bir azdan onlar da zərərsizləşdiriləcək”.

Sonra ərazidən tapılan minanın zərərsizləşdirilməsi prosesi həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən media və QHT rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: