Media orqanlarının rəhbərləri və ictimai fəallar Ağdam şəhər qəbiristanlığını ziyarət ediblər - FOTOLAR

A- A A+

Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda I Şəhidlər xiyabanını ziyarət ediblər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, I Şəhidlər xiyabanında birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Səfər iştirakçıları Milli Qəhrəmanın da məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: