Moskva Müqaviləsi ötən 100 il ərzində özünün siyasi və tarixi aktuallığını itirməyib

A- A A+

Rusiya və Türkiyə hökumətləri arasındakı Moskva Müqaviləsi ötən 100 il ərzində özünün siyasi və tarixi aktuallığını itirməyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Rusiya Sosialist Federativ Sovet Respublikası ilə Türkiyə Böyük Millət Məclisinin hökuməti arasında Dostluq və qardaşlıq haqqında Müqavilənin imzalanmasının 100 illiyi ilə bağlı şərhində bildirib.

Şərhdə deyilir: “Martın 16-da Rusiya Sosialist Federativ Sovet Respublikası ilə Türkiyə Böyük Millət Məclisinin hökuməti arasında Dostluq və qardaşlıq haqqında Müqavilənin - dövlətlərimiz arasında müasir münasibətlərin təməlini qoyan başlıca sənədlərdən birinin imzalanmasının 100 illiyi tamam olur”.

M.Zaxarova vurğulayıb ki, RF XİN bu əlamətdar günü və ikitərəfli diplomatik əlaqələrin 2020-ci ildə qeyd olunan bir əsrlik yubileyini Rusiya-Türkiyə tərəfdaşlığının əhəmiyyətinin ikitərəfli anlamının tarixi sübutu kimi baxır.

Diplomat deyib: “Bizim əməkdaşlığımız dərin dərk edilmiş xarakterə malikdir, mehriban qonşuluq, qarşılıqlı etimad və maraqlar nəzərə alınmaqla, Rusiya və Türkiyə xalqlarının rifahı və tərəqqisi, regionda və bütövlükdə, Avropa qitəsində sülh, təhlükəsizlik və sabitlik naminə birgə məhsuldar fəaliyyətə istiqamətlənib”.

Rusiyanın xarici siyasət idarəsi Türkiyə ilə bütün istiqamətlərdə konstruktiv qarşılıqlı fəaliyyəti inkişaf etdirməyə, ticarət-iqtisadi və investisiya əməkdaşlığını genişləndirməyə, energetika, sənaye və infrastruktur sahələrində perspektiv layihələrin icrasına, mədəni-humanitar mübadilələri və insani əlaqələri təkmilləşdirməyə hazır olduğunu təsdiqləyir.

Sənəddə deyilir: “Ötən 100 il ərzində özünün siyasi və tarixi aktuallığını itirməyən Moskva Müqaviləsinin ruhuna və prinsiplərinə riayət edilməsi Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında münasibətlərin bundan sonra da fasiləsiz inkişafının rəhni olacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: