Qırğızıstan portalında Azərbaycan Prezidentinin Füzuli və Xocavəndə səfəri ilə bağlı material verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qırğızıstanın “turktoday.info” portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına getmələri ilə bağlı material verib.

Materialda Prezident İlham Əliyevin səfər çərçivəsində Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyması, Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırması və çıxış etməsi əks edilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasına getmələri, Hünərli kəndindəki Alban məbədi ilə tanış olmaları, Tuğ və Azıx kəndinə baş çəkmələri ilə bağlı da məlumat verilir.

Portal öz səhifəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində Füzuli və Xocavənd rayonlarına səfərlə bağlı videogörüntüləri də paylaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: