Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində olublar - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfərindən sonra Daşaltı kəndində olublar.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib:
“Bura da Daşaltı kəndidir. Daşaltı kəndi ilə tanış olacayıq. Məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olublar. Azərbaycanın gözəl təbiəti göz önündədir. Qarabağ torpağıdır. Bundan sonra azərbaycanlılar burada əbədi yaşayacaq”.