Naxçıvanda Çanaqqala zəfərinin 106-cı ildönümü qeyd edildi - VİDEO

A- A A+

Türk xalqının ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin 106-cı ildönümü və şəhidləri anma günü münasibətilə Naxçıvanda tədbir keçirilib.

Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Türkiyə Cümhuriyyəti Ticarət Nazirinin müavini və Gömrük İdarəsinin rəisi Rıza Tuna Turağay, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Səhhət Həbibbəyli, Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə ordusunun zabitləri, bir sıra təşkilat və media nümayəndələri, türkiyəli tələbələr iştirak edib. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin dövlət himni səsləndirilib.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: