Tacikistan portalında Azərbaycanın regionda yeni reallıqlar yaratmasından bəhs edən məqalə dərc olunub

A- A A+

Tacikistanın “faraj.tj” portalında “Azərbaycan regionda yeni reallıqlar yaradır” sərlövhəli məqalə yerləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tacik dilində dərc olunan məqalədə 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatlar haqqında danışılır.

Yazıda bildirilir ki, regional təhlükəsizlik, ictimai-siyasi sabitlik, normal qonşuluq münasibətləri Azərbaycan üçün həmişə önəmli olub.

Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, imzalanan bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının açılmasıdır və bu, regionun inkişafına böyük təkan verəcək, təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan və regionun digər dövlətlərinin maraqlarına cavab verir.

Kommunikasiyaların açılması və ticari-iqtisadi münasibətlərin inkişafı həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda verəcək. Naxçıvan yolunun açılması daha qısa nəqliyyat dəhlizinin formalaşmasına imkan yaradacaq. Zəngəzur dəhlizinin yaradılması Naxçıvanı blokadadan qurtaracaq, Azərbaycan üçün iqtisadi cəhətdən faydalı olacaq, regionda sabitliyi möhkəmləndirəcək.

Yazıda qeyd olunur ki, Tacikistan bir sıra sahələrdə, xüsusilə energetika, nəqliyyat sahələrində və nəqliyyat kommunikasiyalarının inkişafı istiqamətində Azərbaycanla yaxından əməkdaşlıq edir. Tacikistan öz yüklərinin daşınmasını əsasən Transxəzər nəqliyyat dəhlizi vasitəsilə həyata keçirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: