İordaniyalı tarixçi Xudavəng monastır kompleksi haqqında məqalə yazıb

A- A A+

İordaniyanın “Nayruz” informasiya agentliyinin saytında tarixçi Ömər əl-Armutinin “Xudavəng – Azərbaycanın alban məbədi” sərlövhəli məqaləsi yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iordaniyalı tarixçi məqalədə Xudavəng monastır kompleksinin tarixi barədə oxuculara ətraflı məlumat verib. Müəllif qeyd edib ki, işğaldan azad olunmuş Kəlbəcər rayonunda yerləşən tarix-memarlıq abidəsi Azərbaycan ərazisindəki ən böyük monastır kompleksidir. Xudavəng monastırına dini və dünyəvi xarakter daşıyan müxtəlif ölçüdə və dizaynda ondan çox tikili daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə müəyyən şəxslərin sifarişi və himayəsi ilə inşa edilib. Monastırın adı tarixi mənbələrdə Dadivəng kimi də qeyd edilir. “Dadi” sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqəlidir. Belə ki, Dadi və ya Dada Həvari Faddey tərəfindən “xristianlığın təbliğ edilməsi üçün Şimal və Şərq ölkələrinə göndərilmiş” 70 həvaridən biri olub.

Əl-Armuti yazıb ki, birinci Qarabağ müharibəsi zamanı monastır kompleksinin yerləşdiyi Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənilər Xudavəngin üzərindəki alban yazılarını silərək tarixi saxtalaşdırmağa, Azərbaycana aid olan bu məbədi özününkü kimi qələmə verməyə çalışıblar. Lakin ədalət öz yerini tapıb və azərbaycanlılar qədim tarixi-mədəni irsinə yenidən sahib olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: