Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsini yaxından izləməkdə davam edəcəyik - Ərdoğan - VİDEO

A- A A+

“30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan bildirib.  

Minsk Qrupunun ötən dövr ərzində fəaliyyətinin səmərəsiz olduğunu qeyd edən Türkiyə Prezidenti Ermənistanın dövri olaraq atəşkəsi pozduğunu xatırladıb: “Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həllinə çalışıb. Ermənistan keçən il sentyabrın 27-də növbəti dəfə təxribata yol verərək hücum etdikdə isə Azərbaycan hərəkətə keçdi və biz qardaş ölkənin yanında yer aldıq. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il davam edən işğala son qoyuldu”.

Ərdoğan Türkiyənin Azərbaycanla birgə keçən 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: