Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qurultayda Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçilib.
Partiya sədrliyinə yeganə namizəd olan Rəcəb Tayyib Ərdoğana qurultayın 1428 iştirakçısı səs verib.
Qurultayda partiyanın İdarə Heyətinin 75 nəfərlik yeni tərkibi də təsdiqlənib.