Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni tərkibli Mərkəzi Qəraralma və İdarə Heyətinin ilk iclası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yenidən AKP-nin sözçüsü seçilən Ömər Çelik iclas və gündəlikdə duran məsələlər barədə məlumat verib.

Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin yeni tərkibi barədə məlumat verən Ö.Çelik diqqətə çatdırıb ki, Binəli Yıldırım və Numan Kurtulmuş AKP sədrinin birinci müavini seçiliblər.

Gündəlikdə duran məsələlər barədə fikir və mülahizələrini bölüşən hakim partiyanın sözçüsü jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: