Kerim Ulak: "Azərbaycan Ordusunun şücaəti hərb tarixinə qızıl hərflərlə yazıldı"

A- A A+

"Qırx dörd gün davam edən Vətən müharibəsində qeydə aldıqlarım və onların əsasında dünya, eləcə də, Türkiyə ictimaiyyətinə çatdıra bildiklərim məndə dərin izlər buraxaraq, Azərbaycanın əsgər və zabitlərinin Vətən sevgisi və torpaq həsrəti ilə bağlı ətraflı təsəvvürlər formalaşdırdı".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vətən müharibəsi zamanı Gəncədə, Bərdədə, Tərtərdə və digər şəhərlərdə videoçəkilişlər aparan Türkiyənin məşhur "A haber" telekanalının müxbiri Kerim Ulak deyib.

Şuşa uğrunda gedən döyüşlərdən bəhs edən Kerim Ulak Azərbaycan hərbçilərinin şəhərin işğaldan azad edilməsi uğrunda apardıqları əməliyyatı xüsusi dəyərləndirib: "Şuşa uğrunda döyüşlər qəhrəmanlıq dastanıdır. Süngülərlə 1-2 metr məsafədən yüzlərlə düşmən qüvvəsini məhv edən xüsusi təyinatlıların timsalında Azərbaycan Ordusunun qəhrəmanlıqları dünya hərb tarixinə qızıl hərflərlə yazıldı".

Kerim Ulak Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdədə törətdikləri, sadə vətəndaşları hədəf alan terror aktlarının şahidi olduğunu bildirib.

O, zərərçəkən vətəndaşların dövlətə və orduya inandıqlarını xüsusi olaraq vurğulayıb: "Xüsusi hərbi təlim görməmiş sadə vətəndaşlar belə, bu cür bir vəhşətin qarşısında əzmlə və şərəflə dayanmışdılar. Müasir dövrdə belə terror aktlarının bütün dünya birliyi tərəfindən kəskin surətdə qınanılmasını gözlədik. Təəssüf ki, bəzi hallarda Azərbaycana qarşı tətbiq edilən ikili standartları hər kəs kimi biz də - yerli və xarici media mənsubları da hiss edirdik".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: