Türkiyə Prezidenti Beynəlxalq Türk Akademiyası ilə bağlı protokolu təsdiq edib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Akademiyasının büdcəsinin formalaşdırılması ilə bağlı protokolu təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənəd 2020-ci ilin fevral ayının 28-də İstanbulda imzalanıb və akademiyanın maliyyələşdirilməsi mexanizmini tənzimləyir.

Protokola əsasən, Beynəlxalq Türk Akademiyasının büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının strukturlarından biri olan Beynəlxalq Türk Akademiyası 2010-cu ilin mayın 25-də yaradılıb. Akademiyanın mənzil-qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: