Müdafiə Nazirliyi: Bir ay əvvəl xəsarət almış hərbi qulluqçumuz bu gün vəfat edib

A- A A+

Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında bir aya yaxın müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, həkimlərin səylərinə baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: