Rusiyanın xarici işlər naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşəcək

A- A A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə məlumat verib.

O deyib ki, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının aprelin 2-də keçiriləcək iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşəcək.

M.Zaxarova qeyd edib ki, iclasda Birlik ölkələrinin qarşılıqlı fəaliyyətini əhatə edən mühüm məsələlərin müzakirəsi gözlənilir.

Bundan əlavə, Böyük Vətən müharibəsinin başlanmasının 80-ci ildönümü ilə əlaqədar MDB dövlət başçılarının quruma üzv ölkələrin xalqlarına və dünya ictimaiyyətinə müraciəti hazırlanır. İclas iştirakçıları həmin müraciətin mətnini də nəzərdən keçirəcəklər.

Xarici işlər Nazirləri Şurasının yekunlarına dair qəbul edilən bir sıra sənəd layihələri MDB Hökumət Başçıları Şurasının Minskdə keçirilməsi nəzərdə tutulmuş iclaslarına təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: