Birgə Monitorinq Mərkəzində Novruz mətbəxi təşkil edilib - VİDEO
Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz adət-ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarına Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar təqdim olunub, nahar təşkil edilib.