Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 29-da Tacikistana səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirakı, habelə yüksəksəviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.