Bəhreyn qəzetində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib

A- A A+

Bəhreynin “The Daily Tribune – News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” sərlövhəli məqaləsi dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə 1918-ci ilin martında erməni quldur dəstələrinin Azərbaycan ərazisində dinc əhaliyə qarşı törətdiyi qətliamlardan ətraflı bəhs edilir. Müəllif bildirir ki, Bakıda neft bumunun başlandığı dövrdə bu şəhərə axışan ermənilər bolşevik inqilabından istifadə edərək müsəlman azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədiblər. “Böyük Ermənistan” kimi xəstə ideologiyanın təsiri altında olan ermənilər bundan əvvəl də - 1905-1907-ci illərdə yerli azərbaycanlıların qətliamını həyata keçiriblər. Vladimir Leninin fövqəladə komissar təyin etdiyi Stepan Şaumyanın başçılığı ilə bolşevik bayrağı altında öz çirkin niyyətlərini reallaşdırmaq istəyən daşnaklar Bakıda və Azərbaycanın digər bölgələrində dəhşətli cinayətlər törədiblər. Avstriya tarixçisi Erix Fayql “Əsl terror. Erməni terrorizmi – səbəb və nəticələri” tədqiqat əsərində də qeyd edirdi ki, erməni Şaumyanın əsas məqsədi nəyin bahasına olursa olsun Bakını erməniləşdirmək idi. Bolşevik Blyumin də həmin hadisələr zamanı erməni quldurlarının vəhşiliklərini, etnik təmizləmə siyasətini etiraf edib.

Məqalədə qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyulun 15-də ermənilərin törətdikləri qırğınlarla bağlı Xüsusi Təhqiqat Komissiyası yaradılıb. Bu komissiya 128 hesabat tərtib edib və 194 nəfər azərbaycanlılara qarşı dəhşətli qırğınlarda ittiham olunub. 1919-cu ilin avqustunda Bakıda cinayətlərə başçılıq etmiş 24, Şamaxıda isə 100 nəfər həbs edilib. Lakin Cümhuriyyətin süqutu bu istintaqı başa çatdırmağa imkan verməyib.

Müəllif vurğulayıb ki, bu faciənin 80-ci ildönümündə Azərbaycanın ümummilli lideri Heydər Əliyev hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: