Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib

A- A A+

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib.

NUHÇIXAN İnformasiya Agentliyi bəyanatı təqdim edir:

-1918-ci ilin mart ayından başlayaraq iki ay ərzində erməni daşnakları tərəfindən Azərbaycanın fərqli bölgələrində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi, mədəni abidələr, məscidlər dağıdılıb. Təəssüf ki, onların bu qeyri-insani əməllərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib. Bunun nəticəsidir ki, illər sonra Xocalıda və digər yerlərdə bənzər cinayətlər yenidən törədilib.

Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən bu cür qətliamlara dünya ictimaiyyətinin diqqətini çəkmək məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Beynəlxalq Türk Akademiyası olaraq, 31 Mart soyqırımı qurbanlarını ehtiramla anır, qardaş Azərbaycan xalqına və dövlətinə dəstəyimizi ifadə edir, belə qeyri-insani əməllərin bir daha törədilməməsi, sülhün və əmin-amanlığın təmin olunması üçün dünya birliyini bu hadisələrə münasibətdə ədalətli olmağa çağırırıq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: