İkinci Qarabağ müharibəsində Ermənistanın ballistik raketdən istifadəsi ilə bağlı 11 fakt sənədləşdirilib - ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti 2020-ci ildə Ermənistanda insan hüquqları barədə Ölkələr üzrə hesabat dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sənəddə ikinci Qarabağ müharibəsi dövründə erməni qoşunlarının törətdiyi hərbi cinayət faktları yer alıb.
Hesabatda qeyd olunur ki, 2020-ci il dekabrın 10-da "Amnesty International" təşkilatı hesabat yayaraq müharibə dövründə qeydə alınan və erməni vəhşiliyini əks etdirən 22 videogörüntünün olduğunu bildirib.
Bundan başqa, oktyabrın 4-də "Human Rights Watch" Ermənistan qoşunlarının döyüş bölgəsindən 45 kilometr məsafədə yerləşən Gəncəyə zərbə endirməsi barədə məlumat yayıb:
"Oktyabrın 30-da "Human Rights Watch" məlumat verib ki, oktyabrın 28-də erməni silahlı birləşmələri cəbhə xəttindən 18 kilometr məsafədə yerləşən Bərdə şəhərinə "Smerç" raket sistemindən kaset bombaları atıb"
Dövlət Departamenti bildirib ki, dekabrın 11-də "Human Rights Watch" hesabatında Ermənistan silahlı qüvvələrinin müharibə zamanı ballistik raketdən istifadəsi ilə bağlı 11 insidenti sənədləşdirib.