Yunanıstanın və Albaniyanın xəbər portallarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalələr yerləşdirilib - FOTOLAR

A- A A+

Yunanıstanın tokarfi.gr və Albaniyanın argumentum.al internet xəbər portallarında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” sərlövhəli məqalələr dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sözügedən məqalələrdə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksutyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri amansız qətliamın təfərrüatı və tarixçəsi barədə məlumat verilib.

Yazılarda azərbaycanlılara qarşı qırğının fəal iştirakçılarından biri olan erməni zabiti Avanes Apresyanın "Kişilər belə idi" adlı xatirələrinə istinad edilir. Bildirilir ki, o, qırğınlar zamanı təkcə Bakı şəhərində 25 min azərbaycanlının öldürüldüyünü və daşnaklar tərəfindən azərbaycanlıların soyqırımının yalnız Bakı ilə məhdudlaşmadığını təsdiqləyib.

Məqalələrdə Quba bölgəsində aşkarlanmış kütləvi məzarlıqların ermənilər tərəfindən törədilmiş soyqırımı faktını bir daha təsdiqlədiyi, bunun insanlığa qarşı törədilmiş qətliam olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, avstriyalı tədqiqatçı Erich Figelin Şaumyanın 1918-ci ildəki fəaliyyətini təsvir edən "Həqiqət terrorizmi, erməni terrorizmi - kökləri və səbəbləri" adlı tədqiqatına istinad edilir, Daşnaksutyun partiyasının Bakının milli tərkibinin ermənilərin xeyrinə dəyişdirmək niyyətində olduğu və S.Şamuyanın bu məramını gizlətmədiyi vurğulanıb. Tədqiqata əsasən, 1918-ci il martın 30-dan etibarən 3 gün ərzində 12 mindən 30 minədək azərbaycanlının qətlə yetirilməsindən S.Şaumyanın böyük məmnunluq duyduğuna dair fikirlər məqalədə öz əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: