Milli Məclis Azərbaycan ilə Pakistan arasında fövqəladə halların nəticələrinin qarşısının alınması ilə bağlı sazişi təsdiqləyib
Milli Məclis Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq, Azərbaycan ilə Pakistan arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması ilə bağlı sazişi təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq qəbul olunub
Qeyd edək ki, bu saziş 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanıb.