Qarabağda minaların törətdiyi fəsadlar açıqlanıb - FOTOLAR

A- A A+

1992-ci ildən 2021-ci ilədək ermənilərin Qarabağda basdırdıqları minaların partlaması nəticəsində 639 nəfər mülki şəxs ölüb, 2 806 nəfər də yaralanıb. O cümlədən ötən ilin 10 noyabr tarixindən bu yana 18 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ADA Universitetində Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş tədbir zamanı Azərbaycan Minalardan Təmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov bildirib.

O, 1998-2020-ci illər ərzində ölkədə bütövlükdə 547 370 949 kvadratmetr sahədən 808-dən çox mina və s. partladıcı qurğu, o cümlədən 2020-ci il 10 noyabr tarixindən 2021-ci il 30 mart tarixinədək 14 136 179 kvadratmetr sahədən 3 481 mina aşkarlanaraq götürüldüyünü bildirib.

Son 20 il ərzində həm ölkədə, həm də xaricdə minalardan təmizləmə işləri gördüklərini diqqətə çatdıran ANAMA rəsmisi donor təşkilatlarına göstərilən dəstək üçün təşəkkür edib.

ANAMA idarə heyəti sədr müavini həmçinin mülki şəxslərin minalardan təmizlənməmiş ərazilərə müvafiq icazə almadan getməsinin yolverilməz olduğunu xatırladaraq vətəndaşları azad edilmiş torpaqlara gəlməməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: