Ölən erməni hərbçilərinin cəsədləri Cəbrayıl ərazisində axtarılır

A- A A+

Ölən erməni hərbçilərin cəsədlərinin axtarışı hal-hazırda Cəbrayıl bölgəsində davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistana məxsus armenianreport.com saytı yayıb.

Xatırladaq ki, ümumilikdə, atəşkəsdən sonra 1529 erməni cəsədi tapıldığı və ya Ermənistan tərəfinə təhvil verildiyi bildirilir. Yəni, 1529 nəfər erməni əsgərinin cəsədinin tapıldığı növ etiraf olunur. Heç şübhəsiz ki, bu rəqəm də reallıqdan uzaqdır və nəzərə alsaq ki, Ermənistan tərəfinin itkiləri bundan dəfələrlə çoxdur, deməli, işğalçı ölkə hakimiyyəti hələ də daxili auditoriyanı aldatmaqda davam edir. Görünür, axtarışlar davam edir deyilirsə, ölənlərinin sayının hələ bundan sonra daha da artıq statistik göstəricilərlə açıqlanacağı bəllidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: