ÜST-ün Baş direktoru “Twitter” hesabında Azərbaycan Prezidenti ilə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Baş direktor paylaşımında görüşdə COVID-19 pandemiyası ilə mübarizədəki maliyyə yardımına, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsindəki dəstəyinə və Qoşulmama Hərəkatının üzvləri arasındakı həmrəyliyə görə Azərbaycana təşəkkür etmək imkanının olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: