İsrailli politoloq: “Ermənistana güclü təzyiq göstərilməlidir”

A- A A+

“Ermənistana təzyiqlər nə qədər güclü olsa, öz öhdəliklərinə o qədər dəqiq əməl edəcək”.

Bunu NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında israilli politoloq Yuri Boçarov Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsinə münasibət bildirərkən deyib.

Tanınmış politoloq vurğulayıb ki, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərini güc yolu ilə azad etdi. Baxmayaraq ki, bu illər ərzində sülh danışıqları aparılırdı, amma bunun heç bir nəticəsi olmadı.

Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərdəki digər problemlərin də həllinə güc yolu ilə davam etməlidir. Lakin burada güc deyəndə mütləq şəkildə hərbi əməliyyat nəzərdə tutulmur.

"Güc həm iqtisadi, həm də siyasi baxımdan tətbiq oluna bilər. Təzyiq nə qədər güclü olsa, Ermənistan öz öhdəliklərinə o qədər dəqiq əməl edəcəkdir".

Politoloq təəssüflə qeyd edib ki, dünyanın əksər ölkələrinin siyasətçiləri Qafqaz dünyası ilə maraqlanmır:

"Müharibə və bununla əlaqəli iqtisadi problemlər bir çox ölkə və şirkətlər üçün yaxşı gəlir mənbəyidir. Və burada Azərbaycan problemlərini güc yolu ilə həll etməli olacaq. Bu gün çox az ölkə və hökumətlər var ki, kömək istəyə bilərsiniz. Hər kəs əvvəlcə öz şəxsi xeyrini axtarır. Bu məsələdə də Azərbaycan siyasi problemlərini həll etmək üçün iqtisadi imkanlarından istifadə etməli olacaq. Təbii ki, indiyədək olduğu kimi Azərbaycan qərarlarını özü verəcək".
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: