İƏT nümayəndələrinə ermənilərin Ağdamda törətdikləri dağıntılar barədə məlumat verilib

A- A A+

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərində səfərdədir.

NUHÇIXAN İnformasiya Agentliyinin Qarabağ bürosu xəbər verir ki, diplomatlar şəhərin mərkəzində yerləşən Ağdam Mərkəzi Bankı, Mədəniyyət evi, Dövlət Dram Teatrı, regionda yeganə olan "Müdriklər parkı"nın dağıntılarına baxıblar.

İƏT təmsilçilərinə erməni işğalı, törədilən vandalizm aktları barədə məlumat verilib.

Qeyd olunub ki, Ağdam işğaldan əvvəl inkişaf etmiş və sosial rifahın ən yüksək səviyyədə olduğu rayonlardan biri olub.

1993-cü ildə Ermənistan tərəfindən işğal olunan rayon erməni quldurları tərəfindən tamamilə dağıdılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: