“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - FOTOLAR

A- A A+

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər. Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən bu epizodun qalibləri müəyyən olunacaq.

Növbəti mərhələdə hərbi dənizçilər “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə ikinci epizodu yerinə yetirmək bacarıqlarını nümayiş etdirəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: