Naxçıvan nümayəndəliyinin rəhbəri Yaponiya səfiri ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yaponiyanın Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, o cümlədən, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələr, kənd təsərrüfatı, nəqliyyat, yaşıl enerji, elektronika və digər sahələri əhatə edən layihələr, regional siyasi-hərbi vəziyyət, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraq doğuran məsələlər ətrafında səmimi müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: