Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb - VİDEO

A- A A+

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: