Ermənistanın hakim Respublika partiyası ölkənin baş naziri postuna öz namizədini irəli sürməyəcək.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti spikerinin müavini, partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
“Biz baş nazir postuna namizəd irəli sürməmək barədə qərar qəbul etmişik, lakin fraksiya yekdilliklə səs verəcək”, - deyə Şarmazanov qeyd edib.
Xatırladaq ki, aprelin 13-dən başlayaraq müxalifət Yerevanda və Ermənistanın digər iri şəhərlərində mitinqlər keçirilir. Əvvəlcə onların məqsədi sabiq prezident Serj Sarkisyanın baş nazir postuna təyin olunmasına imkan verməmək idi. Nəticədə Sarkisyan seçildikdən bir neçə gün sonra – aprelin 23-də bu postu tərk etmək məcburiyyətində qaldı. Lakin aksiyalar hələ də davam edir.
Hökumətə yeni tələblər irəli sürən etiraz aksiyasının lideri deputat Nikol Paşinyanın sözlərinə görə, Karen Karapetyan hakim partiyanın nümayəndəsi kimi hökumətə rəhbərlik etməməlidir və o özü xalqın iradəsi ilə baş nazir olmağa hazırdır.
Xatırladaq ki, Ermənistanın baş naziri parlamentin mayın 1-də keçiriləcək xüsusi iclasda seçiləcək.