Ermənistanın müharibə itkilərini ifşa edən görüntü

A- A A+

Ermənistan rəhbərliyi ordunun İkinci Qarabağ müharibəsi zamanı verdiyi ağır itkilərlə bağlı dəqiq statistikanı hələ də açıqlamayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Paşinyan hakimiyyəti erməni xalqının tələbinə baxmayaraq, bu məsələnin üstündən keçməyə, real itkiləri gizlətməyə çalışır. Bu da ordudakı itkilərin miqyasının daha böyük olmasından xəbər verir.

Tanınmış erməni ictimai fəal, hərbi məsələləri araşdıran Aram Gevorqyan son aylarda Ermənistanın Yerablur hərbi panteonunda dəfn olunmuş hərbçilərlə bağlı diqqətçəkən paylaşım edib. Belə ki, o, sputnikdən çəkilən görüntünü şərh edərək, məzarlıqda yeni qəbirlərin peyda olunduğunu bildirib.

Təqdim etdiyimiz fotodan aşkar görünür ki, müharibədən əvvəlki dövrlə müqayisədə panteonun ərazisi ən azı iki dəfə genişlənib. Bu isə Ermənistanın İkinci Qarabağ müharibəsində verdiyi itkilərin çoxsaylı olması ilə əlaqədardır.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: