Serbiya nəşri: Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir

A- A A+

Serbiyanın məşhur “Danas” nəşri kapitulyasiya aktına imza atan Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsindən yazıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda Ermənistan hökumətinin bu cür anti-humanitar mövqeyini pisləyən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı barədə xəbər verilir. Eyni zamanda, nəşr aprelin 4-də dünyada Beynəlxalq Mina Xəbərdarlığı Gününün qeyd edildiyini xatırladır. Nəşr Azərbaycan Xarici İşlər Nazirliyinin azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bəyan etdiyini diqqətə çatdırıb.

Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşmişdir və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir.

Məqalədə qeyd edilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olmuşdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: