Hikmət Hacıyev: Sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasına qarşı Türk Şurası çərçivəsində birgə fəaliyyət vacib məsələdir

A- A A+

Müasir dövrün ən problemli məsələlərindən biri də sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasıdır. Düşünürəm ki, Türk Şurası çərçivəsində bu sahədə də birgə fəaliyyət vacib məsələdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət abidələrini dağıdıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması vacibdir. Bu baxımdan Türk Şurasına üzv ölkələrin birgə fəaliyyəti xüsusi önəm daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: