Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
BMT Qarabağın ərazisinin minalardan təmizlənməsi probleminin həllində yer almalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır:
"Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan tərəfindən yerləşdirilmiş minaların sayı kifayətdir ki, onlarla dinc sakin həlak olsun".