Qərbdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır - ukraynalı ekspert

A- A A+

Digər ölkələr Ermənistanın Azərbaycana minalanmış ərazi xəritələrini verməkdən imtina etməsi məsələsini Qərbdə qaldırmalıdır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukrayna "Kiyev-Mogilyov Akademiyası" Milli Universitetinin professoru Taras Kuzio bildirib.

O vurğulayıb ki, indi minaların partlamasından ölən insanlar hərbi deyil, mülki insanlardır və bunların üçdə biri uşaqlardır.

Professor ermənilərin iki dəfə mina qoyduğunu qeyd edib: ilk dəfə bunu işğal dövründə, ikinci dəfə isə azad edilmiş torpaqları tərk edən zaman: "Onlar qəsdən məcburi köçkünlərin geri qayıda bilməmələri üçün şərait yaratmaq istəyirdilər".

"Onlar bunu məğlubiyyətə görə qəzəbdən ediblər", - dəyə professor əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: