Naxçıvan nümayəndəliyinin rəhbəri Fransa səfiri ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, arxeologiya, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil,mədəniyyət sahələrində əlaqələr, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: