Prezident İlham Əliyev: Naxçıvanda sərhəddə uğurlu əməliyyat keçirərək önəmli strateji yerləri götürmüşdük və artıq Qarabağa gedən yola tam nəzarət edirdik

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı deyib.

Aprel döyüşlərində Ermənistana şans verildiyini deyən Dövlət başçısı bildirib ki, 2018-ci ildə Naxçıvan əməliyyatı, yenə də onlara dərs verdik, yenə də göstərdik ki, axırı pis olacaq, məhv edəcəyik sizi. O da dərs olmadı. O da düşdü hakimiyyət dəyişikliyinə. Ermənistana təzə hakimiyyət gəlmişdi. Ondan bir ay sonra biz Naxçıvanda sərhəddə uğurlu əməliyyat keçirərək önəmli strateji yerləri götürmüşdük və artıq Qarabağa gedən yola tam nəzarət edirdik. Müharibə dövründə, - indi bu, sirr deyil, - bilirdik ki, Dağlıq Qarabağa nə aparılır. İstənilən an o yolu kəsə bilərdik. Sadəcə olaraq, buna ehtiyac yox idi. O da dərs olmadı. Ondan sonra yeni hakimiyyət bizdən vaxt istədi. Dedi ki, vaxt verin biz burada daxili problemləri, köhnə xunta nümayəndələrinin problemlərini həll edək, biz həll edəcəyik. Bizi yenə də aldatdılar. Ondan bir il sonra Ermənistanın baş naziri Dağlıq Qarabağda demişdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? O deməkdir ki, danışıqlar qurtardı, mənasızdır. Bu, danışıqların sonu idi. Təxribat xarakterli digər addımlar, hərəkətlər, çıxışlar göstərirdi ki, Ermənistan torpaqları qaytarmaq istəmir. Azad edilmiş torpaqlarda gördüyümüz mənzərə, sizin dəf etdiyiniz o təmas xətləri, o müdafiə xətləri göstərir ki, bir qarış torpaq vermək istəmirdilər. Başımızı aldatmaq, öz himayədarlarına arxalanmaq, onlardan müftə silah almaq, siyasi dəstək almaq, onların ölkələrində yaşayan lobbiçilərdən istifadə etmək və bizi bu vəziyyətdə əbədi saxlamaq - bu idi onların niyyəti. Ondan sonra iyul ayında dövlət sərhədində təxribatlar törədildi, avqust ayında diversiya qrupu göndərildi və sentyabr ayında artıq İkinci Qarabağ müharibəsi başlamışdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: