Rusiya Türkiyəyə uçuşları niyə dayandırır? - Peskovdan açıqlama

A- A A+

“Türkiyə ilə hava əlaqəsinin dayandırılması Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri ilə bağlı deyil”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr. Bu, həyəcanverici epidemioloji vəziyyətlə əlaqədardır", - deyə Kremlin sözçüsü ölkəsinin Türkiyə ilə hava əlaqəsini dayandırmasına aydınlıq gətirib.

Qeyd edək ki, Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuşları dayandırmaq qərarı verib. İddialara əsasən, rəsmi Moskva Ukrayna Prezidenti Vladimir Zelenskinin ötən həftə Ankaraya səfər etməsi səbəbindən Türkiyə ilə hava əlaqəsini kəsir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: