Belçikalı deputat: “Ermənistana mina xəritələrinə görə ciddi təzyiq edilməlidir”

A- A A+

“Ermənistan mina xəritələri mövzusunda beynəlxalq aləmdə ciddi təzyiqlə üzləşməli, rəsmi Bakı İrəvanı ayrı-ayrı beynəlxalq təşkilatlarda şikayət etməlidir”.   NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belçika Parlamentinin deputatı Şevket Temiz deyib. O qeyd edib ki, xəritə mövzusu ATƏT səviyyəsində qaldırılmalı, hazırda ciddi problemə çevrilmiş mina təhlükəsi məsələsi Minsk Qrupunda, Birləşmiş Millətlər Təşkilatında aktiv şəkildə qabardılmalıdır:

“Rusiya sülhməramlı missiyanı üzərinə götürmüş dövlət kimi postmüharibə dövründə müəyyən problemlərə cavabdehdir və bu öhdəliyi də yerinə yetirməlidir”.

Belçikalı deputat münaqişə zamanı olduğu kimi postmüharibə dövründə də Azərbaycanın yanında olacağını, haqq işinin dünyaya çatdırılmasında bacardığı qədər əlindən gələn köməyi əsirgəməyəcəyini vurğulayıb.

Şevket Temiz minalanmış torpaqların tezliklə cənnət məkana çevriləcəyinə, məcburi köçkünlərin isə öz tarixi yurdlarına, doğma evlərinə qayıdacaqlarına əminliyini ifadə edib. O, Azərbaycanın son illərdə surətlə inkişaf etdiyini, bu inkişafın məntiqi nəticəsi olaraq 21-ci əsrin müharibəsini uğurla yekunlaşdırdığını vurğulayıb.

"Artıq Azərbaycan ərazi bütövlüyünü bərpa edib, qarşıdakı illərdə sizi böyük quruculuq və bərpa işləri gözləyir. Təəssüf ki, bu işlərin tez bir zamanda reallaşdırmasını ləngidən minalı ərazilərin çoxluğu amili var ki, qarşı tərəf də xəritələri verməməklə təkcə dinc sakinlər üçün risk yaratmır, həm də süni şəkildə kənd və şəhərlərin bərpasına əngəl olmağa çalışır. Azərbaycana qarşıdakı illərdə genişmiqyaslı quruculuq işlərində uğurlar arzu edirəm."

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: