Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər

A- A A+

Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirdə apardığı danışıqlardan sonra İrana gəlib. Lavrovun İran səfərinin proqramında bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə danışıqlar, habelə İran Prezidenti Həsən Ruhani və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüşlər nəzərdə tutulur.

Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə danışıqların yekunlarına həsr edilmiş mətbuat konfransında deyib: “Biz Rusiyanın Dağlıq Qarabağda davamlı atəşkəsi dəstəkləməyə imkan verən vasitəçilik səyləri nəzərə alınmaqla bölgədə yaranmış vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının və həm erməni, Azərbaycan xalqlarının mənafeləri nəzərə alınmaqla bütövlükdə siyasi-diplomatik vasitələrlə, ədalətli qaydada və uzunmüddətli nizamlanmasına nail olmağın vacibliyini vurğuladıq, bu prosesdə region ölkələrinin oynaya biləcəyi rolu nəzərdən keçirdik”.

Rusiya və İran Suriyada münaqişənin Astana formatı çərçivəsində (Rusiya, Türkiyə və İranın iştirakı ilə) nizamlanmasına dair fəal qarşılıqlı əlaqələrin davam etdirilməsi barədə də razılığa gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: