Prezident İlham Əliyev: Azərbaycan-İtaliya əməkdaşlığı münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb

A- A A+

İtaliya bizim çox yaxın dostumuz və tərəfdaşımızdır. Mən keçən ilin fevralında İtaliyaya olan səfərimi hələ də xatırlayıram. Bildiyiniz kimi, Prezident Mattarellanın Azərbaycana səfərindən sonra mənim səfərim bizim strateji dialoqumuzun davamı idi. Biz strateji tərəfdaşlıq haqqında ikinci sənədi imzaladıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib ki, biz İtaliyaya xüsusilə hər zaman işğalın qurbanı ilə işğalçı qüvvəyə eyni yanaşmanın və Ermənistanın havadarlarının güclü olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı o qədər asan olmayan fikirləri ifadə etdiklərinə, düzgün və ədalətli yanaşmaya görə minnətdarıq. Beləliklə, bu, əməkdaşlığımızın həqiqətən də çox mühüm əlamətidir.

“Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz möhkəm əməkdaşlığı davam etdiririk və bu əməkdaşlıq münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb. Yenidənqurma planlarımızın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik. Onlar neft kimyası, emal, tikinti və arxitektura sahələrində böyük layihələr icra ediblər. Dediyim kimi, müharibədən sonra biz dost ölkələrin şirkətlərini dəvət edəcəyik”, - deyə Prezident vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: