Misir mətbuatı Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxışından əsas məqamları yayıb - FOTOLAR

A- A A+

Misir mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışından əsas məqamları yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misirin “Əl Ğad” və “Aldiplomacy” informasiya portallarında yerləşdirilən materiallarda dövlətimizin başçısının 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda inkişafın təmin edilməsi üçün sabitliyə ehtiyac olduğu, qonşularımızın regional inkişafla bağlı Azərbaycanın baxışlarını paylaşdığı, ATƏT-in Minsk qrupunun Cənubi Qafqazda dinc həyatın nizamlanması üzrə təkliflərini təqdim etməsini gözlədiyimiz, Ermənistanın “İsgəndər-M” raketindən istifadə etməsinin hərbi cinayət olduğu barədə fikirlərə diqqət yönəldilib.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Ermənistanın əməkdaşlıq etmək istədiyi təqdirdə Azərbaycanın əlindən gələni etməyə hazır olduğunu, eyni zamanda, müharibədə məğlub olan tərəfin revanş niyyətinin qarşısının sərt şəkildə alınacağını vurğulayıb. Prezident deyib ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, həm də mənəviyyat müharibəsi aparırdı.

Yazılarda dövlətimizin başçısının fikirləri sitat gətirilib: “Müharibə başlayarkən mənim hərbi qulluqçulara dərhal verdiyim əmrlərdən biri ləyaqətlə, mötədil davranmaq, mülki vətəndaşlara zərər yetirməmək barədə oldu. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunu aydın göstərdi”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: