Rumıniya portalı Azərbaycan Prezidentinin dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşündən yazır

A- A A+

Rumıniyanın nüfuzlu “News24hours” portalı Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səsləndirdiyi fikirlər barədə informasiya yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda Prezident İlham Əliyevin münaqişə barədə ətraflı məlumat verdiyi, iki ölkənin gələcəkdə münasibətlərinə dair fikirlərini bölüşdüyü bildirilib.

Yazıda Prezident İlham Əliyevin fikirlərindən sitatlar da gətirilib: “Mən hiss edirdim ki, Ermənistan həlli istəmir. Onlar deyir ki, guya istəyirlər. Lakin biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şeyi edirdilər. Biz aydın başa düşdük ki, onlar o nəhəng istehkamları, o müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər”.

Azərbaycanın həmişə konstruktiv mövqe tutduğu, münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olduğu yazıda xüsusi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: