Erməni KİV-ləri Bakıda açılan Hərbi Qənimətlər Parkından yazır

A- A A+

Aprelin 12-də Bakının Xətai rayonundan Hərbi Qənimətlər Parkının açılışı həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Parkda Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnikalar nümayiş olunur.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Pastinfo” nəşri yazıb ki, İlham Əliyev Ermənsistana 5 milyard dollar ziyan vurulduğunu bildirib.

“Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Qarabağ müharibəsinin qənimətləri parkı açılıb.

Azərbaycan KİV-lərinin məlumatına görə, bu parkda döyüş əməliyyatlarının yerindən müsadirə edilmiş hərbi qənimət - vurulmuş hərbi texnika, yaralı və ləyaqəti alçaldan vəziyyətdə təsvir edilmiş erməni əsgərlərinin manekenləri nümayiş olunub.

İlham Əliyev müharibə zamanı böyük sayda silah növlərini məhv etdiklərini və ya müsadirə etdiklərini, nəticədə Ermənistana təxminən 5 milyard dollar ziyan vurulduğunu bildirib”, - deyə nəşr qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: