Naxçıvan nümayəndəliyinin rəhbəri Erkan Özoralla görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov aprelin 13-də Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla onun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb. Bəxtiyar Əsgərov ölkəmizdəki fəaliyyəti dövründə iki qardaş ölkə arasında dostluq münasibətlərinin,hərtərəfli strateji əlaqələrin, eyni zamanda, muxtar respublika ilə qurulmuş yüksək səviyyəli əlaqələrin daha da möhkəmlənməsində, genişləndirilməsində və hərtərəfli sıx əməkdaşlığın inkişafındakı xidmətlərinə görə səfir Erkan Özorala Naxçıvan Muxtar Respublikası adından təşəkkür edib.

Səfir Erkan Özoral fəaliyyəti dövründə onunla əsl dostluğa, qardaşlığa, səmimi əməkdaşlığa və göstərilən yüksək diqqətə görə dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə dərin minnətdarlığını ifadə edib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: